Bakı hava limanı “Air Montenegro” aviaşirkətinin ilk reysini qarşıladı

baki-hava-limani-air-montenegro-aviasirketinin-ilk-reysini-qarsiladi
Oxunma sayı: 3846

Bakı – iyunun 7-də Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun milli aviadaşıyıcısının Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib. 

Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə həftədə iki dəfə: bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.

Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi www.airmontenegro.com saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam edir.