“Qafqazinfo”nun Ədliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən məlumatına görə, Penitensiar xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib.
Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdlərinin şəhadətnamə və attestatlara layiq görülmələri məqsədilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.
Son xəbərlər
Son Xəbərlər