“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın baş direktoru ilə TRACECA-nın baş katibi görüşdü - Fotolar

baki-hovsan-beynelxalq-ticaret-deniz-limaninin-bas-direktoru-ile-traceca-nin-bas-katibi-gorusdu
Oxunma sayı: 2563

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov limanda TRACECA-nın baş katibi Aset Asavbayev və nümayəndə heyəti ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, qonaqlara limanın fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Görüşdən sonra qonaqlar limanın ərazisində görülən işlərlə tanış olub, xatirə şəkilləri çəkilib və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.