Bakı “İlaxır çərşənbə”ni belə qeyd etdi... - Fotolar

baki-ilaxir-cersenbeni-bele-qeyd-etdi
Oxunma sayı: 5206

Bu gün Şəhər Mərkəzi Parkında “İlaxır çərşənbə” münasibətilə bayram şənliyi təşkil edilib.

“Qafqazinfo”nun məlumatına görə, bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq Atəşgaha yollanıb. Oradan od götürən karvan geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun “Koroğlu” stansiyasının yanındakı “Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkında Bayram Tonqalı alovlandırıb.

Daha sonra Mərkəzi Parkda incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.

Fotolar: Nuran