Bakı ilə Həştərxan arasında birbaşa uçuşlar bərpa edildi

baki-ile-hesterxan-arasinda-birbasa-ucuslar-berpa-edildi
Oxunma sayı: 1686

Rusiyanın “Azimut” aviaşirkəti 2022-ci il iyunun 1-dən Həştərxandan Bakıya uçuşlara başlayacaq.

“Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyevlə görüşündə bildirib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Bakı ilə Həştərxan arasında uçuşların bərpasında göstərdiyi dəstəyə görə minnətdaram. Uçuşlara tələbat var. Minnətdaram ki, Rusiyanın “Azimut” aviaşirkətinin belə uçuşların açılması təşəbbüsü dəstəkləndi. İyunun 1-dən hava hərəkəti bərpa olunacaq”, - deyə Babuşkin qeyd edib.

Hazırda “Azimut” aviaşirkəti Azərbaycanın paytaxtına Mineralnıye Vodıdan uçuşlar həyata keçirir, Soçidən Bakıya isə mayın 9-dan uçuşlar başlayıb.