“Bakı ilə İrəvan arasında danışıqlar təşkil etməyə hazırıq”

baki-ile-irevan-arasinda-danisiqlar-teskil-etmeye-haziriq
Oxunma sayı: 2088

“Rusiya Moskva ölkənin xarici işlər naziri Sergey Lavrovun himayəsi altında Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar təşkil etməyə hazır olduğunu təsdiqləyir”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya bu barədə İrəvanla Bakını məlumatlandırıb.