Bakı ilk üçlükdə -

baki-ilk-uclukde-
Oxunma sayı: 735


«PricewaterhouseCoopers» (PwC) şirkətlər şəbəkəsinin Rusiyadakı ekspertləri “Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzlərinin müqayisəli təhlili” adlı yeni tədqiqatda bu qənaətə gəliblər. Tədqiqatın nəticələrinə görə, Bakı bu sahədə lider olan üç şəhər sırasına daxildir.

Tədqiqat çərçivəsində dünyanın 18 şəhərində xidmət mərkəzlərinin fəaliyyəti təhlil edilib. Müqayisəli təhlil “Xidmətlərin əlçatan olması”, “Rahatlıq”, “Növbələrin idarə olunması”, “Vətəndaşlarla əks əlaqə” kimi dörd əsas kateqoriyaya ayrılan 22 göstərici üzrə aparılıb. Bu göstəricilər vətəndaşların (mərkəzlərin xidmətlərindən istifadə edənlərin) xidmətlərin sadələyinə, aydınlığına və rahatlığına olan tələbləri əsasında tərtib olunub. Bakı, Moskva və San-Paulu şəhərlərindəki xidmət mərkəzilərinin fəaliyyətinə bu göstəricilər üzrə ən yüksək qiymət verilib.

“Qafqazinfo”