Bakı “İnter”ində yeni məşqçi

baki-interinde-yeni-mesqci
Oxunma sayı: 990


Belə ki, paytaxt təmsilçisinin texniki heyəti Marino Puşiçin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək.

Puşiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək  "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

 "İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusic haqqında klub saytına fikir bildirib: “Biz onu  mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".