“Bakı-İrəvan danışıqlarına ev sahibliyi etməyə hazırıq”

baki-irevan-danisiqlarina-ev-sahibliyi-etmeye-haziriq
Oxunma sayı: 2393

“Gürcüstan Azərbaycanla Ermənistan arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”.

“Qafqazinfo” “Yerevan Today”ə istinadən xəbər verir ki, bunu Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamağa hər zaman hazırdır: “Cənub qonşularımızın konkret nəticələrə nail olması, regionda sülh və sabitlik olması üçün Gürcüstanın dialoq məkanı olmasına hər zaman hazırıq”.