Bakı-İstanbul reysi gecikdi - Quşlara görə

baki-istanbul-reysi-gecikdi-
Oxunma sayı: 2300

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə reysi təyyarənin havaya qalxarxən quş dəstəsi ilə toqquşması səbəbindən gecikdirilib.

Qafqazinfo” xəbər verir ki, bunu TrendAZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, toqquşma uçuş-eniş zolağında baş verib və heyət komandiri qaydalara uyğun olaraq uçuşu həyata keçirməmək qərarına gəlib.

P. Kəsəmənski deyib ki, hazırda təyyarəyə texniki baxış keçirilir: "Reysin reallaşdırılmasına icazə təyyarənin saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra veriləcək. İnisdent nəticəsində heç kəs xəsarət almayıb".

Qeyd edək ki, Bakı-İstanbul reysinin uçuşu Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.