Heydər Əliyev adına Beynəlxalq Hava Limanından “Qafqazinfo”ya verilən məlumata görə, reyslərin təxirə salınmasının səbəbi dəqiq bəlli olmasa da, İstanbuldakı hava şəraiti ilə əlaqədar olması ehtimal edilir.
Bu gün Bakıdan İstanbula 2-si AZAL-a, 2-si isə Türk Hava Yollarına məxsus olan 4 reys həyata keçirilməli idi. AZAL-ın reysləri saat 17:50 və 20:45-də, THY-nin reysləri isə 20:35-də həyata keçirilməlidir.
Eyni zamanda, İstanbuldan Bakıya hərəkət edən təyyarələrin də sayı 4 olmalı idi. Ləğv edilən reysdən əlavə olaraq saat 19:40-da THY-nin, 16:05 və 17:15-də isə AZAL-ın İstanbul-Bakı reyslərinin həyata keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, THY-nin yaydığı rəsmi məlumata görə, İstanbulda yağışlı hava səbəbindən Azərbaycan və Gürcüstan da daxil olmaqla bir neçə ölkəyə ediləcək 299 təyyarə reysi ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər