Bakı kəndlərində Demokratiya Şəbəkəsi yaradılacaq

baki-kendlerinde-demokratiya-sebekesi-yaradilacaq
Oxunma sayı: 1190


Layihənin hazırlıq mərhələsində yerli qurumlarla nəzərdə tutulan təlimlərin keçirilməsi üçün müvafiq  görüşlər keçiriləcək və hədəf qrupu olan gənclərlərin təlimlərə cəlb olunması istiqamətində işlər görüləcək. Daha sonra Bakı Ətrafı kəndlər olan Mərdəkan, Nərdaran, Bülbülə, Əmircan, Ramana və Qaraçuxurda yerli gənclər üçün yerli icmalarda təhsilin rolunun artırılması, gənclərin icmada iştirakı ilə bağlı onlara təlimlər keçiriləcək. 

Layihə çərçivəsində həmçinin qeyd olunan ərazilərdə gənclər arasında sorğular keçiriləcək, rəsmi və rəy sorğularından əldə olunan nəticələr əsasında hesabatlar hazırlanacaq. 

Bununla yanaşı, qeyd olunan kəndlərdən çıxmış uğurlu şəxslərin həyat hekayəsindən bəhs edən film hazırlanacaq. 

Layihənin məqsədi hədəf seçilmiş qrupun üzləşdiyi problemlərin aradan qaldırılmasında gənclərin rolu, təhsilin əhəmiyyəti və digər mövzularda gənclərə təlimlər keçməkdir.

2013-ci ilin 1 dekabr tarixindən start götürən layhə çərçivəsində əməkdaşlıq üçün AAH-ı ictimaiətə, xüsusən gənclərə müraciət edir.