Bakı kəndlərində işıqlar sönüb - - Yenilənib

baki-kendlerinde-isiqlar-sonub-
Oxunma sayı: 2435


Bu barədə “Qafqazinfo” ya sakinlər məlumat verib. Onların sözlərinə görə, gecə qar yağmağa başladıqdan bir neçə saat sonra işıqlar sönüb. “Hazırda Mehidabad, Digah, Məhəmmədi və Fatmayi kəndlərində işıq yoxdur. Kənd sakinləri soyuqdan donduqlarını bildirirlər. Evdə körpə uşaqlar var”. 

***

“Azerenerji ASC”-nin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, elektrikin kəsilməsinə səbəb ötən gecə başlayan çovğun olub. Nəticədə bəzi xəttlərdə qəza baş verib. Bu gün günorta saatlarından isə bütün ərazilərə elektrik enerjisinin verilişi bərpa olunub. Yalnız Masazırda problem qalıb ki, bunun da aradan qaldırılması üçün iş aparılır.