Bakı klubundan ilk transfer

baki-klubundan-ilk-transfer
Oxunma sayı: 1310

“Səbail” mövsümün ilk transferini rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı klubu müdafiəçi Şəhriyar Rəhimovla iki illik müqavilə imzalayıb. 32 yaşlı futbolçu 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2020-ci illərdə “dənizçilər”in heyətində çıxış edib. Sonuncu klubu “Zirə” (2020/2021) olan müdafiəçi bir illik fasilədən sonra yenidən “Səbail”in uğurları üçün çalışacaq.