Bakı küçələrində orduya dəstək - Foto

baki-kucelerinde-orduya-destek
Oxunma sayı: 8815

Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar Bakıdakı açıq məkanda olan reklam qurğularında nümayiş etdirilir.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib.

Qeyd edilib ki, Agentliyin təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir. Lövhələrdə düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları da yayımlanır.