Bakı Limanında 4 ayda 10 mindən çox TIR

baki-limaninda-4-ayda-10-minden-cox-tir
Oxunma sayı: 639

2017-ci ilin dörd ayı ərzində 10 mindən çox TIR Bakı Limanından istifadə edib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2016-cı il ərzində ümumi olaraq 23 minə yaxın TIR Bakı Limanından hər iki istiqamətdə istifadə edibsə, artıq 2017-ci ilin dörd ayında 10 mindən çox TIR liman vasitəsilə daşımalar həyata keçirib.