Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlandı

baki-mekteblerinde-ise-qebul-olunan-muellimlerin-sayi-aciqlandi
Oxunma sayı: 1179

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətindən məlumat verilib. 

Bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində,1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində işə götürülüb. 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.