“Qafqazinfo”ya daxil olan məlumata görə, növbəti səyyar qəbullar fevralın 20 – si Yasamal və Nəsimi rayonlarında keçirilmişdir. Yasamal rayonu üzrə 13 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər Tennis İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbi, 11 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 24 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Nəsimi rayonu üzrə 46 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 1, 5-292, Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Yasamal rayonu üzrə 8, Nəsimi rayonu üzrə isə 23 müraciət dinlənilib.
Əsas müraciətlər əlavə korpusların tikilməsi, mühafizə sistemi, bufetlərdə isti yeməklərin verilməsi və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər