Bakı məktəblərinə 12 direktor təyin edilib

baki-mekteblerine-12-direktor-teyin-edilib
Oxunma sayı: 3515

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib.

Bu barədə BŞTİ-dən “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.

Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.