Bakı məktəblisi Şuşada “Ölkəm”i belə ifa etdi - Video

baki-mekteblisi-susada-olkemi-bele-ifa-etdi
Oxunma sayı: 2609

Xəbər verdiyimiz kimi, iyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbir Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra burada keçirilən ilk respublika uşaq tədbiri olub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.

Burada Bakı məktəblisi sözləri ölməz şair Cəfər Cabbarlı, musiqisi Azəf Zeynallıya məxsus olan “Ölkəm”i ifa edib.

Həmin görüntüləri təqdim edirik: