Bakı meriyası Müsavata rəsmi cavab verməyib

baki-meriyasi-musavata-resmi-cavab-vermeyib
Oxunma sayı: 799


Bu barədə “Qafqazinfo”ya Müsavat başqanın müavini Səxavət Soltanlı məlumat verib. O bildirib ki, BŞİH-nin cavabı partiyaya təqdim olunduqdan sonra ona uyğun addımlar  atacaqlar: “Hələ ki, strukturlarımız  yürüşə hazırlaşır. Rəsmi cavabdan sonra isə adekvat addımlar atılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Müsavat Partiyasının Divan üzvü, Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanliya BŞİH-in aparatının rəhbəri Rasim Quliyev, şöbə müdiri Zaur Ramazanov 19 aprel tarixinə təyin edilmiş yürüşə razılıq verilməsinin mümkün olmadığını bildirib. Buna səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib.

Günel Türksoy