Bakıda bir neçə şəxsə külli miqdarda borcu olan vəzifəli şəxs özünü asaraq intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonunda, “Velopark”ın ərazisində baş verib. Ağdam rayon sakini, 1954-cü il təvəllüdlü Ənvər Cavadov bu gün səhər saatlarında özünü parkın ərazisində şam ağacından asaraq intihar edib.
Qeyd edək ki, Ə.Cavadovun bir ay öncə vəzifəsi artırılıb. O Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Departamentinin məsul işçisi təyin olunub. Bundan əvvəl isə 144 saylı “JEK”in rəisi olub.
Son xəbərlər
Son Xəbərlər