Bakı Metropolitenində yeni təyinat

baki-metropoliteninde-yeni-teyinat
Oxunma sayı: 1550


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir  ki, metropolitenin rəhbəri yeni ştat vahidi yaradaraq növbəti kadr təyinatı edib. 

"Bakı Metropoliteni”QSC-dən verilən açıqlamada bildirilib ki, metropolitendə kadrlar şöbəsinin rəis müavini ştatı açılıb. QSC sədrinin əmrinə əsasən, Azər Əbülfət oğlu İsmayılov "Bakı Metropoliteni”ndə kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.