“Bakı Metropoliteni”nə məxsus istirahət mərkəzində təhlükəli anlar

baki-metropolitenine-mexsus-istirahet-merkezinde-tehlukeli-anlar
Oxunma sayı: 2386

“Bakı Metropoliteni” QSC-nin “Bilgəh” istirahət mərkəzində yerləşən kotteclərdən birinin otağında alışma baş verib.

Bu barədə “Qafqazinfo”ya Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, vaxtında görülmüş tədbirlər nəticəsində hadisənin yanğına çevrilməsinin qarşısı alınıb:

“Xəsarət alan olmayıb. Məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır”.