Bu barədə “Qafqazinfo”ya qurumun Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O qeyd edib ki, ehtiyac olarsa zaman müddəti artırıla bilər: “Avropa Oyunlarının açılış və bağlanış günündə Bakı metrosu. hətta gecə saat 3-dən də çox işləyə bilər. Yarış günlərində isə gecə saat 1-dək metro işləyəcək”.
N. Paşayev eyni zamanda yeni qatarların həftənin birinci günündən xəttə buraxılacağını da vurğulayıb: “Hələ ki qatarlar sınaq üçün xəttə buraxılmışdı. Əgər son yoxlamalar da uğurla keçərsə, birinci gün xətdə olacaq”.
Qurumun rəsmisi həmçinin vurğulayıb ki, bu tip qatarların sayı 3 ədəddir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər