Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir - Fotolar

Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir
Oxunma sayı: 4689

“Bakı Metropoliteni” QSC Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus (“2019-nCoV”) infeksiyasına qarşı dezinfeksiya tədbirlərinə başlayıb. 

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılıb.

Ardıcıl tədbirlərə bu gündən “Nərimanov” elektrik deposunda qatarlarda start verilib. İş gününün qrafikinə uyğun olaraq, bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək.

Qeyd edək ki, dezinfeksiya zamanı “ProGreen ProFix” dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.

Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir.

Pərvin Zeynal











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi