Bakı metrosuna 4 yeni qatar gətirildi - Foto

baki-metrosuna-4-yeni-qatar-getirildi
Oxunma sayı: 2727

Bakıya daha dörd yeni metro qatarı gətirilib. 

“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B model olan qatarlar 20 vaqondan ibarətdir. 

Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır və “Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda istehsal olunub.

Qeyd edək ki, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.