“Qafqazinfo”xəbər verir ki, İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stansiyada olan bələdçilərin çağırışı ilə polis əməkdaşları gəncə ilk yardım göstərib. Ayağından xəsarət alan gənc özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Polis əməkdaşlarının köməyi ilə gənc stansiyadan çıxarılaraq təcili tibbi yardım maşınına aparılıb.