Bakı metrosunda daha bir yenilik

baki-metrosunda-daha-bir-yenilik
Oxunma sayı: 657

Bakı metrosunda daha bir yenilik tətbiq edilir. Milli.Az xəbər portalının məlumatına görə, metoroda həyəcan baş verən zaman xəbər vermək üçün xüsusi qurğu quraşdırlır. Artıq metronun “Gənclik” stansiyasında belə bir qurğunun quraşdırılmasına başlanıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Milli.Az xəbər portalına faktı təsdiq edədək bildirdi ki, sərinişinlərin narahatlıq yaradan, həyəcan doğuran hal baş verdikdə, dərhal əlaqə saxlaması üçün xüsusi qurğuların quraşdırlmasına başlanıb. Onun sözlərinə görə, həmin qurğular metronun bütün stansiyalarında olacaq. Sənişinin siqnalı dərhal polisə və dispetçer məntəqəsinə ötürülücək.

E.Muradov əlavə etdi ki, yeni qurğu barədə ətraflı məlumatı işlər başa çatdırılandan sonra vermək mümkün olacaq.