Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, “Həzi Aslanov - Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Ulduz - Nəriman Nərimanov” stansiyaları arasında tuneldə qalıb. Qatar tuneldə təxminən təxminən 10 dəqiqədən çox qalıb.
Metropolitendən hadisəni texniki nasazlıqla əlaqələndiriblər. Bildirilib ki, “Həzi Aslanov - İçərişəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən qatarların hərəkətində problem yaranıb.
Lakin hazırda qatarların intervalında heç bir problem yodur. Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun ANS PRESS-ə açıqlamasında hazırda qatarların hərəkəti qrafik üzrə davam etdiyini deyib. “Metroda heç bir problem yoxdur. Qatarlar normal işləyir. Həmişəki kimi sərnişinlər rahat şəkildə metronun xidmətindən istifadə edirlər”, - deyə Hidayət Məmmədov vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər