Bakı metrosunda həyəcan…- - Yenilənib (2)

baki-metrosunda-heyecan-
Oxunma sayı: 2280


“Qafqazinfo” xəbər verir ki, anspress-in metroda olan əməkdaşlarının verdiyi məlumata görə, nasazlıq "Həzi Aslanov" "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib. Belə ki, "Nizami" stansiyasından "Elmlər Akademisyası"na gedən qatar sərnişin dolu qatar 10 dəqiqədən artıq tuneldə qalıb. "Maşinist vaqonlardan keçərək ən sondakı qatara getdi və qatarı yenidən "Nizami" stansiyasına qaytardı. Stansiyada qalan qatardan sərnişinlər boşaldıldı. Lakin qatar hərəkətsiz vəziyyətdə bir müddət "Nizami" stansiyasında qaldı. Sərnişinlərin bir hissəsi isə stansiyadan çıxaraq yollarına avtobus, taksilərlə davam etdilər". 

Qeyd edək ki, "Nizami" stansiyasındakı problem "28 May" stansiyasında da hiss edilib. Belə ki, "Dərnəgül"ə gedən qatar istiqamətini dəyişərək "İçərişəhər" istiqamətində hərəkət edib. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.

***

"Qafqazinfo" xəbər verir ki, "Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda "20 yanvar" və "Elmlər Akademiyası" stansiyalarında da sıxlıq yaranıb. Bu səbəbdən özünü pis hiss edənlər və ürəyi gedənlər olub. "Elmlər Akademiyası" stansiyasına 2 təcili tibbi yardım maşını çağırılıb.

Fotolar Rahil Sayadoğluna məxsusdur.

***

N. Paşayev APA-ya bildirib ki, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".

N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.