“Qafqazinfo” xəbər verir ki, Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, stansiyanın platformasında 17-20 yaşlı oğlan qəfildən yıxılıb. Yaxınlıqdakı şəxslər dərhal ona kömək etməyə çalışıblar. Gəncin üzünə su vurulub, yaxası açılıb. Köməyə gələnlər onu skamya üstünə uzadıblar.
Şəxsiyyəti məlum olmayan həmin şəxsə tibbi yardım göstərilib.
Son xəbərlər
Son Xəbərlər