Şənbə günü olmağına baxmayaraq, metroda sərnişinlərin sıxlığı pik həddə çatıb. Demək olar ki, əksər stansiyalarda basabas olub.
“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin “Azərbaycanın kriminal həyatı” səhifəsində bildirilib.
Sosial şəbəkədə bildirilib ki, basabas zamanı “İçəri şəhər” stansiyasında gənc oğlanın halı pisləşib. Onun vəziyyəti getdikcə ağırlaşıb. Dərhal sərnişinlərin və metropoliten işçilərinin köməyilə oğlan metrodan çıxarılıb. Əraziya təcili yardım çağırılıb.
Həkimlərin səyi nəticəsində gənc oğlanı həyata qaytarmaq mümkün olub. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya göndərilib.
Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, adi günlərdən fərqli olaraq bu gün imtahan günü olduğu üçün sərnişin sıxlığı müşahidə olunub. Lakin səhər saatlarından başlayaraq, metronun qrafikində heç bir problem olmayıb.
“Bu gün Bakı Metropoliten qatarlarında heç bir nasazlıq qeydə alınmayıb. Qatarların qrafikində gecikmə olmayıb.”, - deyə Nəsimi Paşayev bildirdi.
Son xəbərlər
Son Xəbərlər