Bakı metrosunda nasazlıq - Qatarlar gecikdi

baki-metrosunda-nasazliq
Oxunma sayı: 1851

“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.

Bildirilib ki, nasazlığa görə sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb:

“Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.