Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.
“Qafqazinfo”nun “Report”a istinadən verdiyi xəbərə görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.
“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.
“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:
“Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.
***
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün saat 18:40-da metropolitendə yaşıl xətt üzrə üzü “Dərnəgül” istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb.
“Qatar “Elmlər Akademiyası” stansiyasında saxlamayıb. “İçəri şəhər” stansiyasında saxlamaq barədə qərar verilib. Sərnişinlər boşaldılıb. Qatar depoya göndərilib, yenisi ilə əvəzlənib”, - deyə qurum rəsmisi qeyd edib.
Son xəbərlər
Son Xəbərlər