Bakı metrosunda növbətçi işləmək istəyənlərin nəzərinə

baki-metrosunda-novbetci-islemek-isteyenlerin-nezerine-
Oxunma sayı: 4929

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir.

“Qafqazinfo” xəbər verir ki, kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak tələbləri:

Xanımlar üçün:

• Yaş: 18-30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
o Azərbaycan dili – əla
o Xarici dil bilmək arzuolunandır

Oğlanlar üçün:

• Yaş: 22-30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki ali
• Dil bilikləri:
o Azərbaycan dili – əla
o Xarici dil bilmək arzuolunandır

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar (http://metro.gov.az/az/career/workforus).

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix: 04.03.2016