Bu gün metroda panika yaşanıb. Belə ki, musavat.com-a daxil olan məlumata görə, Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar Əhmədli və Həzi Aslanov metrostansiyaları arasındakı tuneldə hərəkətini dayandırıb.
Ona qədər də qatar iki dəfə dayanıb. Vaqonlardakı sərnişinlər arasında panika yaşanir. Çünki sərnişinlər arasında partlayışın baş verə biləcəyi ilə bağlı qorxunun yaşandığı bildirilir
Facebook-da istifadəçilərdən biri isə yazıb: "Yarım saatdır qatarda qalmışıq, istidən bişirik. Camaatda panika yaranıb. Maşinist 2 dəfə elan edib ki, xətdəki texniki nasazlığa görə ləngiyirik".
***
Bu gün Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarda ləngimə olub.
Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, hadisə səhər saat 11:00 radələrində baş verib.
“Əhmədli” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən zaman qatar tuneldə dayanmağa məcbur olub. Buna səbəb qatardakı nasazlıq olub. “Tuneldə hərəkətin dayanması təşvişə səbəb olsa da, qorxulu heç bir şey baş verməyib. Sadəcə, qatarda texniki nasazlıq olub. Nasazlığın aradan qaldırılması məqsədilə qatar “Əhmədli” stansiyasına gətirilərək sərnişinlər düşürülüb, daha sonra qatar təmir məqsədilə “Bakmil” stansiyasına aparılıb”, - deyə Metropoliten rəsmisi bildirib.
Hazırda metro qatarlarının hərəkətində qrafik üzrə davam edir.
"Qafqazinfo" tuneldə qalan sərnişinlərdən birinin həvəskar çəkilişini təqdim edir: