Bakı metrosunda problem yarandı - Yenilənib

baki-metrosunda-problem-yarandi
Oxunma sayı: 4704

Bakı Metropoliteninin işində problem yaranıb. 

“Qafqazinfo” Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən xəbər verir ki, “Nizami-İnşaatçılar” sahəsində Metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilişində qısamüddətli gərginlik düşüb.

Nəticədə xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.

***

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq qatarların hərəkəti bərpa olunub:

“Tuneldə qalan olmayıb. Elektrik enerjisinin verilişində qısamüddətli gərginliyin düşməsi nəticəsində qatarlar qısamüddətli yubanma ilə hərəkət ediblər. İntervalda pozulma olmayıb və hazırda problem aradan qaldırılıb. Qatarların hərəkəti bərpa edilib”.

Gülnar Əliyeva