Bakı metrosunda qadın qatar yoluna düşdü

baki-metrosunda-qadin-qatar-yoluna-dusdu
Oxunma sayı: 4305

Bakı metrosunda qadın qatar yoluna düşüb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün saat 21:54-də qeydə alınıb.

Belə ki, "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Azadlıq prospekti" stansiyasına daxil olarkən qadın stansiya yoluna düşüb. Onun yaşı və kimliyi dəqiqləşdirilir.

Dərhal gərginlik çıxarılıb və qadın stansiya yolundan çıxarılıb. Təcili tibbi yardım çağırılaraq ona yardım edilib.

Həmçinin oxuyun: Ramil Usubovun rəis oğlu 50 min cərimələnib

Qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb. Sonra gərginlik bərpa edilərək, qatar yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisənin hansı şəraitdə baş verdiyini hələlik dəqiq demək mümkün deyil:

"Hadisənin intihara cəhd və ya şəxsin səhhəti ilə əlaqədar olub-olmadığı araşdırmalardan sonra bilinəcək".