Bakı Metropoliteninin “Xətai” stansiyasında qatarda yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən sərnişinlər tüstü qoxusu hiss ediblər. Amma hərəkət dayandırılmayıb və qatar növbəti stansiyaya qədər gedib.
“28 May”da sərnişinlərin hamısı qatardan düşürülüb və metropoliten əməkdaşları qatara baxış keçiriblər.
***
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, depoya gedən qatarda "Cəfər Cabbarlı" stansiyadan “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist kabinəsində naqildə tüstüləmə olub.
Hadisə saat 21:25 baş verib, tam nəzarətə götürülüb. Sərnişinlərin hamısı qatardan düşürülüb və qatar depoya gedib.
Video sosial şəbəkədə istifadəçi Fuad Hacıyev tərəfindən paylaşılıb:
Son xəbərlər
Son Xəbərlər