Bakı metrosunda qatarların hərəkəti ləngidi

baki-metrosunda-qatarlarin-hereketi-lengidi
Oxunma sayı: 1262

“Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Neftçilər” stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib.