Bakı metrosunda qorxulu anlar - Sərnişin qatar yoluna düşüb qaçmağa başladı

baki-metrosunda-qorxulu-anlar
Oxunma sayı: 4445

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə saat 18:50 radələrində “İnşaatçılar” metrostansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğlu özünü qatar xəttinə ataraq üzü “Elmlər Akademiyası” stansiyası istiqamətində qaçmağa başlayıb. 

İnsident nəticəsində qatarların hərəkəti dayandırılıb. 

N. Paşayev bildirib ki, həmin şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb. 

Qurum rəsmisi hadisədə hər hansı intihar məqsədinin olmadığını qeyd edib.

Hadisənin baş vermə səbəbi polis tərəfindən araşdırılır.