Bakı metrosunda reklam videosu çəkənlər tutuldu

baki-metrosunda-reklam-videosu-cekenler-tutuldu
Oxunma sayı: 2608

“Bakı Metropoliteni”ndə müvafiq rəsmi müraciət və icazə olmadan, stansiyalardan birinin eskalatorunda təmizləyici maddədən istifadə etməklə bu prosesi videogörüntüyə almağa cəhd göstərən şəxslər saxlanılıb.

“Qafqazinfo” “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Poliş Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Həmçinin oxuyun: Поехали играть в снежки - трагически погибли

Bildirilib ki, “Bakı Metropoliteni”nin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: “Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir”.