Bakı metrosunda sərnişin öldü

baki-metrosunda-sernisin-oldu
Oxunma sayı: 8314

Bu gün metronun "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O qeyd edib ki, sərnişin əvvəlcə özünü pis hiss edib:

“Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib”.