Bakı metrosunda sərnişin öldü

baki-metrosunda-sernisin-oldu
Oxunma sayı: 3201

Bakı metrosunda sərnişin ölüb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib:

“Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin “Xalqlar dostluğu” stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Lakin sərnişin qatardan düşürülənə qədər dünyasını dəyişib”.

Həmçinin oxuyun: Урок патриотизма от маленьких школьниц - Видео