Bakı metrosunda yenə problem yarandı, sərnişinlər düşürüldü

baki-metrosunda-yene-problem-yarandi-sernisinler-dusuruldu
Oxunma sayı: 1990

Metronun “Həzi Aslanov” - “Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Xəbəri rus dilində oxuyun: Гиганты агротехнологий собрались в Баку - Фото+Видео

Bildirilir ki, saat 11 radələrində “Ulduz” stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.

Məlumatda qeyd olunub ki, ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.