Bakı Metrosundakı gecikmənin səbəbi açıqlandı

baki-metrosundaki-gecikmenin-sebebi-aciqlandi
Oxunma sayı: 1458

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, sərnişinlər qatardan dərhal düşürülüb: "Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.

Xəbəri rus dilində oxuyun: В Бакинском метро появился мужчина, угрожающий топором - Видео

Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar".