“Bakı Mexaniki Təmir” ATSC ianə aksiyasına qoşuldu

baki-mexaniki-temir-atsc-iane-aksiyasina-qosuldu
Oxunma sayı: 2024

"Bakı Mexaniki Təmir" ATSC ölkəmizdə koronavirus epidemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərməsi barədə dövlət başçısının çağırışına qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, ATSC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.