“Bakı Modern Təhsil Kompleksi” fonda pul köçürdü

baki-modern-tehsil-kompleksi-fonda-pul-kocurdu
Oxunma sayı: 2723

Ölkənin aparıcı təhsil müəsissələrindən biri “Bakı Modern Təhsil Kompleksi” ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə qoşulub.

"Qafqazinfo" xəbər verir ki, kompleks koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün Prezident İlham Əliyevin çağırışına səs verərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

“Bakı Modern Təhsil Kompleksi” cəmiyyətimiz qarşısındakı məsuliyyətini dərk edir və dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, iqtisadiyyatımıza və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlmiş bütün tədbirlərini dəstəkləyir.

Qeyd edək ki, ВМТК (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlayıb. Bu gün BMTK şagird və valideynlərin etimadını qazanaraq ölkəmizdə öndə gedən böyük bir Kompleksə çevirilib.