Bakı-Moskva reysi hava limanına qayıdan eyni təyyarə ilə yerinə yetiriləcək - Yenilənib

baki-moskva-reysi-hava-limanina-qayidan-eyni-teyyare-ile-yerine-yetirilecek
Oxunma sayı: 3879

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

***

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

AZAL-ın yaydığı məlumata görə, reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.